Nazir çinli arvadını səhvən yapon kimi qələmə verdi - Gülüşə səbəb oldu

nazir-cinli-arvadini-sehven-yapon-kimi-qeleme-verdi
Oxunma sayı: 2332

İngiltərənin xarici işlər naziri Ceremi Hant Çinə rəsmi səfər edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Hant çinli həmkarı Vanq Yi ilə görüşüb. Birgə mətbuat konfransı keçirən rəsmilər İngiltərənin Avropa Birliyindən çıxmasından sonra imzalanacaq azad ticarət sazişini müzakirə ediblər. Konfransın gedişində Ceremi gözlənilməz səhvə yol verib. Belə ki, ingilis nazir xanımının əslən Çindən olduğunu demək istəsə də, ağzından “Xanımım da yapondur” sözü çıxıb.

Dərhal səhvini düzəldən Hant “Bu, ediləcək ən böyük xəta idi” deyərək salondakıların gülüşünə səbəb olub. Sözlərinə davam edən Ceremi “Xanımım çinlidir. Uşaqlarım da yarı çinlidir. Həyat yoldaşımın Xianda yaşayan ailəsi ilə də güclü əlaqələrimiz var” söyləyib.