Nazir cüdoçularla görüşdü

nazir-cudocularla-gorusdu-
Oxunma sayı: 676

Bununla bağlı dünən Azərbaycan Cüdo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov dünya çempionatında iştirak edəcək cüdoçularımızı qəbul edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, F. Ələkbərov dünya cüdo ailəsinin fəal üzvünə çevrilən milli cüdo məktəbinin parlaq qələbələr seriyasını yarışdan yarışa uğurla davam etdirdiyini deyib. Görüşdə cüdoçularımızın çempionatda iştirakı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, bu yarışda kişilər arasında ölkəmizi İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (- 66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli , Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) təmsil edəcək. Bundan başqa, dünya çempionatında 2 xanım cüdoçumuz -Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (-63 kq) da tatami üzərinə çıxacaqlar. Mötəbər yarışda 136 ölkənin 950 -yə yaxın idmançısı mübarizə aparacaq.

Yarışda birinci yer 500 xal, 2-ci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazandıracaq. Tatami ustaları dünya çempionatına hazırlığı davam etdirirlər. Son təlim-məşq toplanışları isə Şağan Olimpiya-Idman Kompleksində davam etdirilir.

Qaydalara əsasən, London Yay Olimpiya Oyunlarında iştirak hüququ kişilər arasında reytinq cədvəlində hər çəki dərəcəsində 1-22 yerin sahiblərinə, qadınlarda isə hər çəkidə 1-14-cü yerin sahiblərinə verilir. Olimpiya Oyunlarında hər çəki dərəcəsində hər ölkədən yalnız bir idmançının iştirakı mümkündür və bu da hər çəki dərəcəsində bir ölkədən bir neçə idmançı olduğu halda cüdoçularımızın reytinq cədvəlində daha da irəliləmiş olduqlarını göstərir.

Cüdoçularımızı qarşıda Dünya Kuboku, Qran Pri, Qrand Şlem, Masters, Avropa çempionatı və Dünya çempionatı kimi lisenziya xalları verən növbəti böyük yarışlar gözləyir. 2011-ci ilin oktyabr ayında isə Bakıda kişilər arasında Dünya Kuboku, 2012-ci ilin may ayında isə Qran Pri yarışı keçiriləcək. Olimpiya Oyunlarına son lisenziya xalı verən yarış 2012-ci ilin aprel ayında keçiriləcək Avropa çempionatı olacaq.

Nigar Məmmədli