Nazir diplomatik fəaliyyəti başa çatan səfirlə görüşdü

nazir-diplomatik-fealiyyeti-basa-catan-sefirle-gorusdu
Oxunma sayı: 772

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.