Nazir direktoru qəbul edib

nazir-direktoru-qebul-edib
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşün məqsədi İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə Əməkdaşlıq Strategiyasının müzakirəsi olub.
Nazir İsmət Abasov qonaqları səmimi salamlayaraq, aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib.

Görüşdə o da bildirilib ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf edir. Belə ki, İsveçrədən Azərbaycana 2011-ci ildə 749 min 500 ABŞ dolları dəyərində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün, spirtli və spirtsiz içkilər, taxıl, un, nişasta və süddən alınan hazır məhsullar, kakao və unlu qənnadı məmulatları və digər müxtəlif ərzaq məhsulları idxal olunub, ölkəmizdən İsveçrəyə isə 308 min ABŞ dolları dəyərində əsasən meyvələr və qoz-fındıq, ət və balıqdan hazırlanmış məhsullar ixrac olunub.

2012-ci ilin yanvar-iyun aylarında İsveçrədən ölkəmizə 356 min ABŞ dolları dəyərində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün və tütün əvəzediciləri, süd məhsulları və digər ərzaq məhsulları idxal olunub.

Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə Hökumətinin müəyyən töhfəsi olub.

İ. Abasov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə məqsədilə birneçə təklifləri də diqqətə çatdırıb. İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru cənab Rudolf Şox səmimi qəbula görə öz minnətdarlığını bildirərək, aqrar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.