Nazir əmr verdi, qrup toplandı

nazir-emr-verdi-qrup-toplandi-
Oxunma sayı: 663

“Qafqazinfo” mincom.gov.az saytına istinadən xəbər verir ki, bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İşçi Qrupun ilk iclası keçirilib. İclasda nazir Əli Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirib və bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd edib, Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşüb, qarşıdakı fəaliyyətdə hökumət-özəl əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da da ilkin müzakirələrin keçirildiyini və “Tədbirlər Planı”nın hazırlanmasında AMEA-nın fəal iştirak edəcəyini bildirib. İclasda biznes qurumların, vətəndaşı cəmiyyəti təşkilatlarının nümayəndələri çıxış edib, “İKT ili” ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılıb. Təkliflərin 30 yanvar 2013-cü il tarixinədək qəbul olunması, ümumiləşdirilməsi və Tədbirlər planının layihəsinin 05 fevral 2013-cü ilədək hazırlanması nəzərdə tutulur.