Nazir Hacıqabulda görüş keçirəcək

nazir-haciqabulda-gorus-kecirecek
Oxunma sayı: 1087

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 8-də saat 12:00-da Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıda qeyd olunan telefon nömrələrinə zəng etmələri xahiş olunur:

Hacıqabul rayonu   (021) 2043101 
Şirvan şəhəri          (021) 2151515
Sabirabad  rayonu  (021) 2355155 
Saatlı rayonu          (021) 2852123