Nazir hesabat verdi

nazir-hesabat-verdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, 2011-ci ildə olimpiya idjman növlərinə 4 milyon 610 min manat vəsait xərcləndiyini bildirən Azad Rəhimov idmançıların olimpiya oyunlar hazırlıq prosesindən danışıb: “2010-cu ilin yekunlarına əsasən 2011-ci ildə 19 idman növü üzrə London Yay Olimpiya oyunlarına hazırlıq başlayıb, mübarizəyə 170 idmançının qoşulub”.

Nazir mətbuat konfransında tikinti işlərinə də toxunub və bildirib ki, bu günə qədər 31 Olimpiya İdman Kompleksi istifadəyə verilib, 9 Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir, üçünün isə layihə smeta sənədlərinin hazırlandığını deyib.

Azad Rəhimov həmçinin Gənclər üçün Prezident Mükafatının təsis edilməsinin nəzərdə tutulduğunu və bu istiqamətdə “Vətəni tanı”, “Virtual Qarabağ” resursunun yaradılmasının planlaşdırıldığı bildirilib.

Azad Rəhimov: “Gələn ildən başlayaraq hər il ölkənin bir rayon və ya şəhəri “Gənclər paytaxtı” elan ediləcək. Bunun üçün gənclərin istəklərini nəzərə alınmaqla müsabiqə-səs vermə keçiriləcək, “paytaxtlarda” gənclərlə bağlı tədbirlər inkişaf etdiriləcək, həmin rayon gənclərlə iş sahəsində təcrübə əldə edəcəkdir. ”

Beynəlxalq əlaqələr sahəsinə gəldikdə Azad Rəhimov 2011-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda 5 beynəlxalq gənclər tədbirləri təşkil edildiyini, bu tədbirlərdə 300 yaxın əcnəbi ölkələrin gənclərin qatıldığı bildirib.

Nazir onu da qeyd edib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Mərakeş Krallığı və Serbiya Gənclər və İdman Nazirliyi, Yunanıstan Hökuməti arasında 2011-2012-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Proqram və Azərbaycan və Sloveniya arasında əməkdaşlığa dair sənəd imzalanıb.

Fatimə Kərimli