Nazir ilk addımdan danışdı

nazir-ilk-addimdan-danisdi
Oxunma sayı: 637

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı tərəflər arasında Aİ ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb. Nazir bildirib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır. Nazir E.Məmmədyarov status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayaraq, status-kvonun dəyişdirilməsi üçün atılması vacib olan ilk addımın erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu bildirib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.