Nazir İstanbulda

nazir-istanbulda-
Oxunma sayı: 646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda ölkəmizi ƏƏSM naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Konfransın açılışında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri Faruk Çelik belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib.

Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Bataini Draqoni günümüz üçün getdikcə aktual məsələlərə həsr olunmuş bu konfransın yüksək səviyyədə təşkilinə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edərək, bunun sosial məsələlərin həlli ilə bağlı Türkiyənin işgüzar mövqeyinin növbəti əyani nümunəsi olduğunu söyləyib.

Tədbirin ilk günündə çıxış edən Azərbaycan Respublikası ƏƏSM naziri F. Ələkbərov ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqiyə nail olunması, sosial proqramların icrası, sosial birlik məsələlərinin həlli, xüsusilə böhran şəraitində həssas əhali təbəqəsinin güclü müdafiəsi mexanizminin qurulması, nəsillər arası həmrəyliyin təmin edilməsi istiqamətlərində həyata keçirilən siyasət və əldə edilən nailiyyətlər, bu sahələrdə qarşıda duran vəzifələr barədə məlumat verib.

Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti konfransının 2015-ci ildə Azərbaycanda keçirilməsi təklifi ilə bağlı olaraq, Füzuli Ələkbərovun konfransa vitse-spiker seçilməsi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, tədbirin ikinci günündə konfransa sədrlik nazir F. Ələkbərov tərəfindən həyata keçirilib.

Konfransın yekunu olaraq Nazirlər Bəyannaməsi qəbul olunub.