Nazir keçmiş nazirlə görüşdü

nazir-kecmis-nazirle-gorusdu
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Nazir Elmar Məmmədyarov Azərbaycan – Polşa münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial olduğunu bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Elmar Məmmədyarov parlament üzvlərinin birbaşa təmaslarının iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Görüşdə həmçinin Polşa iqtisadiyyatının durumu, Polşa-Avropa İttifaqı münasibətləri və Polşanın region ölkələri ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov Polşalı deputatı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə məlumatlandırıb.