Nazir kinorejissora medal təqdim etdi

nazir-kinorejissora-medal-teqdim-etdi
Oxunma sayı: 1434

Kinorejissor Elçin Musaoğluya “Əməkdar İncəsənət Xadimi” fəxri adının medalı və vəsiqəsi təqdim edilib.

"Qafqazinfo" xəbər verir ki,  prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar İncəsənət Xadimi” adına layiq görülən Elçin Musaoğlunun fəxri ad vəsiqəsi və medalı martın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rejissora təqdim edilib.

Elçin Musaoğlunu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayan nazir ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib. 

Sonda Elçin Musaoğlu yaradıcılığına verilən yüksək qiymətə görə prezidentə minnətdarlığını bildirib.