Nazir konfransın açılışında - Fotolar

nazir-konfransin-acilisinda
Oxunma sayı: 1373

Ötən gün Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov deyib ki, son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi əlamətdar hadisədir. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycancada keçirilməsi də bu ənənənin davamıdır.

Sonra dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.