Nazir məqalə yazdı – - Qanunvericilikdə boşluq var

nazir-meqale-yazdi-
Oxunma sayı: 1976


“Qafqazinfo” xəbər verir ki, rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc olunan məqalədə nazir əldə olunan uğurlarla bərabər problemlərə də toxunub. O, yazəda qeyd edib ki, ötən il ölkənin enerji ixracı potensialı artıb və bu istiqamətdə tədbirlər davam edir: “Yanacaq-enerji kompleksinin inkişafına ciddi təsir göstərən problemlərdən biri qanunvericilikdə boşluqların olmasıdır. 

Sözügedən sahə üzrə dövlət strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək üçün Energetika Nazirliyində "Enerji sahəsində islahatlara dəstək proqramının həyata keçirilməsinə dəstək" layihəsinin tərkib hissəsi olan "Enerji sektorunun hərtərəfli və kompleks inkişaf" strategiyası hazırlanır.  

Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilən "Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları" tvinninq layihəsi çərçivəsində "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunların layihələri, eyni zamanda Elektrik Şəbəkələri və Qaz Şəbəkələri məcəllələrinin layihələri isə artıq hazırdır.  

Həmçinin energetika üzrə bir neçə qanun layihəsinin son variantı  işlənib. Nazirlik tərəfindən "Qazdan istifadə qaydaları"nın hazırlanması, təsdiq  və tətbiq edilməsi də ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm sənəddir. Qeyd etdiyimiz qanun layihələrində qaz və elektroenergetika bazarlarında hazırda qüvvədə olan qanunveriliciyə nisbətən fərqli iqtisadi və texnoloji münasibətlərin tətbiqi, o cümlədən qazın və elektrik enerjisinin istehsalının, ötürülməsinin və paylanmasının bir-birindən müstəqil olan təsərrüfat subyektləri tərəfindən həyata keçirilməsi, elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarlarının təşkili və digər münasibətlərin tətbiqi təklif olunur”.