Nazir məzunları təbrik etdi

nazir-mezunlari-tebrik-etdi
Oxunma sayı: 1316

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib."Qafqazinfo" xəbər verir ki, nazir məktubda qeyd edir:

"Əziz, məzunlar. Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm!

Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə  zəruri dəstək verəcək.

Əminəm ki, Siz  özünütəsdiq  inamınızla  arzuladığınız gələcəyi quracaq,  ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız. Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!"