Nazir müavini Fransanın Şöhrət Ordeni ilə təltif edilib

nazir-muavini-fransanin-sohret-ordeni-ile-teltif-edilib
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, R.Hacıyevin son illər ərzində aparılan fəaliyyəti nəticəsində Azərbaycan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”ya qoşulub və R.Hacıyev həmin Komissiyanın Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi qismində təyin edilib. Onun məhsuldar fəaliyyətinin uğurlu nəticəsi kimi, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun təkmilləşdirilmiş yeni variantı 2013-cü ilin əvvəlində baxılması üçün Milli Məclisin müzakirəsinə çıxarılıb.
Rauf Hacıyevin Fransa Respublikası Hökümətinin bu Ordeni ilə təltif edilməsi son illərdə bu istiqamətdə respublikamızda görülən işlərinin yüksək qiymətləndilməsidir. Bu yüksək təltifedilmə Azərbaycanda balıqçılıq sahəsində əsas fəaliyyət istiqamətlərinin beynalxalq standartlara uyğunluğunu əks etdirir və yaxın gələcəkdə ölkəmizdə bu sektorun daha geniş inkişafına təkan verəcək.

Nigar Məmmədli