Nazir müavini İranda səfərdədir

nazir-muavini-iranda-seferdedir
Oxunma sayı: 639

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə İranda səfərdədir.

"Qafqazinfo" xəbər verir ki, 2017-ci ilin 24 aprel tarixində nümayəndə heyəti Tehranda yerləşən "Vəhdət" konsert salonu, İranın İncəsənət Akademiyası və Milli kitabxanada oldular. Mədəniyyət obyektlərinin rəhbərləri tərəfindən məkanların texniki imkanları və ümumi fəaliyyəti barədə məlumat verilib.

Keçirilən danışıqlar zamanı nazir müavini Ədalət Vəliyev tərəfindən həmin müəssisələr ilə Azərbaycanda yerləşən mədəniyyət müəssisələri arasında əməkdaşlığın qurulmaslnın vacibliyi vurğulanıb, fikir mübadiləsi aparılıb.

Bu məkanların Mədəniyyət Günlərinin açıllş mərasimi, həmçinin Mədəniyyət Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycanın mədəniyyəti və turizm imkanlarını əks etdirəcək sərgi, kitab və foto-sərgi, İranın aparıcı turizm şirkətləri ilə görüş və ölkəmizin turizm potensialına dair təqdimat, Azərbaycan kinematoqrafının istehsalı olan filmlərinin bir həftə ərzində nümayişi və teatr tamaşasının göstərilməsi ilkin olaraq qərara alınıb.