Nazir müavini işdən çıxarıldı

nazir-muavini-isden-cixarildi
Oxunma sayı: 662

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Ziyafət Əliyev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilib.