Nazir müavini koordinatorla görüşdü

nazir-muavini-koordinatorla-gorusdu
Oxunma sayı: 643

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələri, görülən işlər və fəlakət bölgəsində mövcud durum, eyni zamanda “Kür” Qərargahının hazırladığı “Kür daşqınlarının mülkiyyət hüquqlarına təsiri” mövzusunda hesabat müzakirə olunub. Oqtay Gülalıyev ötən müddət ərzində sel fəlakətinin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən, bölgədəki mövcud problemlər və yerli sakinləri narahat edən məsələr barədə danışıb. O, 2 ay öncə Qərargah tərəfindən FHN- ə təqdim olunan 165 nəfərin şikayətinin araşdırılması və müraciət müəlliflərinin əksəriyyətinin evinə nazirliyin əməkdaşları tərəfindən baxış keçirilərək, problemin araşdırılmasını təmsil etdiyi qurum və yerli vətəndaşlar tərəfindən müsbət qiymətləndirildiyini nazir müavinin diqqətinə çatdırıb. O. Gülalıyev FHN- lə vaxtaşırı keçirilən görüş- müzakirələri təqdir edərək son zamanlar FHN tərəfindən vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığın genişləndirməsini müsbət addım kimi dəyərləndirib və daşqın bölgəsində mövcud problemlərin aradan qaldırılmasında bundan sonra da nazirliyin öz üzərinə düşən işləri həyata keçirəcəyinə ümid etdiyini bildirib.

Orucəli Hacıyev xatırladıb ki, Nazirlər Kabinetinin 197 s saylı sərəncamına uyğun olaraq FHN- nin xətti ilə indiyə kimi 3143 ev tikilib, bu evlərin 2673- ü artıq istifadəyə verilib, qalan 470 ev isə yekunlaşmaq mərhələsindədir. Təmsil etdiyi nazirliyin cəmiyyət üçün həmişə açıq qurum olduğunu bildirən Orucəli Hacıyev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daim önəm verdiklərini söyləyib. O, həmçinin “Kür” Qərargahının bir müddət öncə FHN- ə təqdim etdiyi problemli evlərin siyahısının nazirlik tərəfindən araşdırıldığını, siyahıda qeyd olunan 165 evdən 130 evə nazirliyin mütəxəssisləri tərəfindən baxış keçirildiyini bildirib. Qeyd olunub ki, baxış keçirilən evlərin 28- nin qəzalı olduğu müəyyənləşib ki, bu evlərin yeniləri ilə əvəz olunması qərara alınıb. 26 evə bərpa gücləndirmə, 42 evə isə təmir aktı yazılıb. Adları siyahıda olan, eləcə də öncədən nazirliyə müraciət etmiş digər şəxslərin də evlərinə baxış keçirilməsi, problemin araşdırılması işi hazırda davam edir.

Sonda Oqtay Gülalıyev cari ilin noyabr-dekabr aylarında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edən daha 92 nəfərin siyahısını nazir müavininə təqdim edərək bu evlərə də nazirliyin mütəxəssisləri tərəfindən obyektiv baxış keçirilməsinin vacibliyini bildirib.