Nazir müavini Portuqaliyaya gedib

nazir-muavini-portuqaliyaya-gedib
Oxunma sayı: 643

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı ölkə nümayəndəliyi ilə imzalanmış 2011-2012-ci illər üzrə Dövri illik iş Planı çərçivəsində baş tutub. Qonaqlar Portuqaliya Gənclər və İdman Katibliyi ilə gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi prespektivlərini müzakirə edib, Portuqaliya Gənclər İnstitutunda olacaqlar.
Bununla yanaşı, nazir müavini gənclər mərkəzlərinin bir neçəsinin fəaliyyəti ilə də tanış olacaq.
Səfər 10 sentyabradək davam edəcək.