Nazir müavini Qırğızıstanın nümayəndə heyətilə görüşüb

Nazir müavini Qırğızıstanın nümayəndə heyətilə görüşüb
Oxunma sayı: 430

Noyabr ayının 6-da Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğız Respublikası Kənd Təsərrüfatı,
Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.  

"Qafqazinfo" xəbər verir ki, görüşdə məqsəd Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Qırğızıstan Respublikası ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasını məqsədəuyğun hesab edib. Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq, xüsusəndə üzümçülüyə diqqət yetirildiyi barədə geniş məlumat verib. 

İlham Quliyev Qırğız iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib.

Nazir müavini bildirib ki, ölkəmizdə son 4 ildə kənd təsərrüfatı sahəsində böyük bir dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhvəsini verəcək.  

Səmimi qəbula görə minnətdarlığını bildirən Ağamat Canibekoviç ölkəmizin üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını, bu sahədə əlaqələrin yaradılması, alkoqol bazarının dövlət tərəfindən tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə alkoqollu məhsulların istehsalını tənzimləyən və nəzarət edən dövlət orqanlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi, həmçinin alkoqollu məhsulların istehsalçıları assosiasiyaları və birliklərinin nümayəndələri ilə təmasların qurulması, o cümlədən Azərbaycanın alkoqollu məhsulların ixracı sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Qonaqlar Azərbaycanın alkoqollu məhsulları istehsal edən qabaqcıl şirkətlərinin ziyarət edilməsi və onların işi ilə tanış olmaq məqsədilə Şəmkir Şərab İstehsalı zavoduna getmək istədiklərini bildiriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi