Nazir müavini Ümumdünya Mədəniyyət və Turizm Konfransında - Fotolar

nazir-muavini-umumdunya-medeniyyet-ve-turizm-konfransinda
Oxunma sayı: 1965

Mədəniyyət  nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 3-5 dekabr tarixlərində İstanbul şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.

“Qafqazinfo”nun məlumatına görə, konfransın məqsədi Davamlı İnkişaf Məqsədlərinin implementasiyasına töhfə vermək məqsədilə mədəniyyət və turizm sahələri arasında inklüziv əlaqələrin qurulması və mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etməkdir.

Konfransın əsas seqmenti Nazirlər Toplantısıdır. Dünya ölkələrinin mədəniyyət və turizm üzrə məsul olan nazirlərini bir araya gətirən Nazirlər Toplantısında çıxış edən Rafiq Bayramov Azərbaycanın zəngin mədəni irsi və turizm potensialından bəhs edərək son illərdə hər iki sahənin inkişafı üçün atılan addımlar və həyata keçirilən tədbirlər barədə məlumat verib.

Konfrans çərçivəsində, həmçinin mədəni turizm vasitəsilə şəhərlərin davamlı və kreativ inkişafı, mədəni müxtəlifliyi və irsi qorumaq, rəqəmsal transformasiya vasitəsilə mədəni turizmi hamı üçün əlçatan etmək mövzularında tematik sessiyaların keçirilməsi də nəzərdə tutulur.