Nazir müavini vətəndaşlarla görüşəcək

nazir-muavini-vetendaslarla-gorusecek
Oxunma sayı: 1356

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 16 avqust 2019-cu il tarixində, saat 11:00-dan etibarən Masallıda (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbərf verir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı, (012) 493 14 56, (012) 310 28 00 (daxili 2308), (050) 968 78 89 nömrəli telefonlar (əlaqələndirici şəxs Vüqar Muradov), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, mobil (050) 235 01 07 elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.