Nazir müşavirə keçirdi

nazir-musavire-kecirdi
Oxunma sayı: 1869

Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə nazir Hüseyn Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi və səmərəliliyinin artırılması barədə müvafiq tapşırıq və tövsiyələr verdiyini qeyd edib. 

Bununla əlaqədar prezidentin tövsiyələrinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verib. O, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Tədbirin sonunda ölkə Başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.