Nazir oğlu qəzaya düşdü

nazir-oglu-qezaya-dusdu-
Oxunma sayı: 654

Nazir oğlunun da içərisində olduğu maşın yoldan çıxaraq təxminən 120 metrlik yarğana yuvarlanıb. Nəticədə maşındakı 15 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, 3 hərbçi daha ağır yaralanıb və onların arasında A.Ohanyan da var. Onun bir neçə sümüyü sınıb. Lakin həyatına təhlükə yoxdur.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin oğlu separatçı birləşmələrin sıralarında qulluq edir.