Nazir Pakistan nümayəndə heyəti ilə görüşdü

Nazir Pakistan nümayəndə heyəti ilə görüşdü
Oxunma sayı: 398

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev PakistanınAzərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib.

Ölkəmizin beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan Prezidentinin imzaladığı Fərman barədə danışan nazir Əbülfəs Qarayev bu Fərmanın turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu da söyləyib.

Eləcə də,  nazir ötən il ərzində ölkəyə 2 milyon turistin gəlməsinin 20 % artımdan xəbər verdiyini qeyd edib. Nazir Pakistandan ölkəmizə səfər edən turistlərin sayının artırılması istiqamətində ikitərəfli əməkdaşlıq üçün Azərbaycanda hər cür imkanların olduğunu bildirib.

Pakistanın səfiri Səid Xan Mohmand əvvəlcə qəbula görə nazirə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın iş adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulayıb.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi