Nazir Portuqaliyada həmkarıyla görüşdü - Fotolar

nazir-portuqaliyada-hemkariyla-gorusdu
Oxunma sayı: 838

Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 19 yanvar 2018-ci il tarixində Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı ölkələr arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələr müzakirə olundu, birgə layihələrin həyata keçirilməsi üzrə iş aparılmasından söz açılıb. Nazir Əbülfəs Qarayev Bakı Prosesinin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə də Humanitar Forum barədə məlumat verərək, portuqaliyalı naziri ölkəmizdə təşkil olunacaq tədbirlərə iştiraka dəvət edib.

Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair Anlaşma memorandumunun tərtib olunması və bu il ərzində imzalanması ilə bağlı razılığa gəlinib.

Memorandum əsasında görüləcək tədbirlərə əsasən fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb.

Sonda nazir Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendesə dəvətə görə təşəkkürünü bildirib və həmkarının Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görməsindən məmnun olacağını ifadə edib.