Nazir rayonda olub

nazir-rayonda-olub
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Füzuli Ələkbərov nazirliyin həmin rayonlar və ümumən ətraf rayonlar da daxil olmaqla 14 rayon üzrə fəaliyyət göstərən strukturlarının, o cümlədən Əhalinin sosial müdafiəsi Mərkəzləri və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.

Şikayət ərizələrinin araşdırılması zamanı əsassız şikayətlərlə yanaşı, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib. Nazir vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyati qurumlarına tapşırıq verib.

Füzuli Ələkbərovun vətəndaşların qəbulu və müraciətləri işləri digər rayonlarda da davam etdiriləcək.


Fatimə Kərimli