Nazir Robert Sekuta ilə görüşdü - Fotolar

nazir-robert-sekuta-ile-gorusdu
Oxunma sayı: 1544

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki görüşdə Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrdən söhbət açılıdı və bu münasibətlərin mədəniyyətin bir çox sahələrində inkişaf etdiyi vurğulanıb.

Nazir bildirib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir, müxtəlif dinlərə, fərqli dillərə və mədəni irsə malik xalqlar bir arada sülh şəraitində yaşayır. 

Həmçinin nazir Qubanın turizm imkanlarının zəruriliyindən, Xızı-Xaçmaz, Quba və Qusar turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlərin davam etdirilməsinin regionda turizmin inkişafına müsbət təsir göstərəcəyindən söz açıb.

Səfir Quba və ətraf rayonların turizm imkanları ilə tanış olduğunu və regionda gedən sürətli inkişafın göz önündə olduğunu qeyd edib.