Nazir Rusiyadadır

nazir-rusiyadadir
Oxunma sayı: 655

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, konfransın əsas mövzusu “Gənclərin hüquqlarına müdaxilə” və “Avropada innovativ gənclər siyasətinin inkişafı”dır.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Belə ki, tədbirin açılışında çıxış edən nazir Azad Rəhimov Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanovun konfransın sədri seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edilib. Daha sonra Azad Rəhimov iştirakçılara Azərbaycanda gənclər siyasətində həyata keçirilən yeniliklər və nailiyyətlər haqqında məlumat verib.
Konfransın açılışında həmçinin Avropa Şurasının baş katibinin müavini Gabriela Battaini-Dragoni, Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər də çıxış edib. Konfransın sonunda isə gənclər tərəfindən aparılmış müzakirələr zamanı irəli sürülmüş yekun təkliflər toplusu nümayiş olunub.

Qeyd edək ki, konfransın ikinci hissəsi üç işçi qrupunda davam etdiriləcək. Burada Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov “Fərqli cəmiyyətlərdə birgə yaşayış” mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.

Sevinc