Nazir səfirlə görüşdü

Nazir səfirlə görüşdü
Oxunma sayı: 305

Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. Heydər Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı barədə geniş məlumat verib. Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. 

Səfir Mixael Kindsqrab iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi