Nazir səfirlə görüşdü

nazir-sefirle-gorusdu
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, səfir ilk olaraq Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Səfir bunun Azərbaycan üçün böyük diplomatik qələbə olduğunu söyləyib və ölkəyə uğurlar arzulayıb. Öz növbəsində Səfir Salem Xəlifə Əl-Eğfəli Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zayed Əl Nahyanın salamlarını Nazir E.Məmmədyarova çatdırıb.

Qonağı salamlayan Nazir E.Məmmədyarov Azərbaycanın BƏƏ-nin hər zaman dəstəyini hiss etdiyini qeyd edib və Azərbaycan - BƏƏ əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda ən yüksək səviyyədə olduğunu bildirib. Nazir E.Məmmədyarov təcrübəli səfirin Azərbaycana təyin edilməsinin BƏƏ tərəfindən bizim ölkəyə verilən əhəmiyyətin nəticəsi kimi qeyd edib və Səfir Salem Xəlifə Əl-Eğfəlinin təyinatının iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə inandığını vurğulayıb. Nazir E.Məmmədyarov da salamlarını həmkarı Şeyx Abdulla bin Zayed Əl Nahyana yetirib.