Nazir səfirlə görüşdü

nazir-sefirle-gorusdu
Oxunma sayı: 632

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, etimadnaməsinin surətini təqdim edən D.Ciobanu ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusi ilə iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan – Rumıniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

Öz növbəsində nazir E. Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibəti ilə rumıniyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzu edib. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.

Səidə