Nazir sudanlı həmkarı ilə görüşdü

nazir-sudanli-hemkari-ile-gorusdu
Oxunma sayı: 647

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.

Sudanlı nazir də öz növbəsində ölkəsində bu sahə üzrə görülən işlər, aparılan elmi araşdrmalar, İKT-nin müxtəlif sahələrə tətbiqi vəziyyəti, həmçinin gələcək plan və layihələrdən söz açıb. Doktor Eisa Buşa Məhəmməd Həmid həmçinin ölkəmizin Sudanda İKT sahəsinin inkişafına kömək etməsi, bu sahədə aparılan özəlləşdirmə prosesinə azərbaycanlı şirkətlərin cəlbi, böyük layihələrdə, xüsusilə də “Elektron hökumət” sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Bu məqsədlə sudanlı həmkarı nazir Əli Abbasovu və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətləri rəhbərlərini növbəti ilin birinci yarısında Sudana rəsmi dəvət edib.

Öz növbəsində nazir Əli Abbasov da azərbaycanlı şirkətlər, sərmayədarlar tərəfindən Sudanda informasiya-kommunikasiya texnologiyaları, eləcə də elmi araşdırmalar sahəsinə investisiyaların yatırılmasının əhəmiyyətli olacağını bildirib. Görüşdə növbəti ilin birinci yarısında Sudanda “Birinci Sudan-Azərbaycan İKT forumu”nun keçirilməsi, ölkələrin İKT bazarında imkanlarının araşdırılması, bu sahədə fəaliyyət göstərən şirkətlərin, eləcə də elmi araşdırmalarla məşğul olan mütəxəssislərin bir araya gələrək, müştərək fikir və təcrübələrinin bölüşdürülməsi qərara alındı.