Nazir sürüşmənin səbəblərini açıqladı

nazir-surusmenin-sebeblerini-aciqladi
Oxunma sayı: 645

Nazirin sözlərinə görə, yalnız Masazırda deyil, ölkənin digər bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə sahələri və təhlükəli ərazilər daim nəzarət altında saxlanılır. Bağırov bildirib ki, Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. Ərazidə kanalizasiya sistemi yoxdur. "Ərazidə vəziyyətin qarşısını ala biləcək tədbirlərin görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş verməsində antropogen faktları genişləndirir. Bunların qarşısını almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji ekspertizadan keçirilməsi vacibdir. Bu, gələcəkdə belə halların baş verməsinin qarşısını alır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş sürüşmənin qarşısını almaq üçün müdafiə tədbirləri hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.