Nazir Tovuzda, müavini Ağstafada qəbul keçirəcək

nazir-tovuzda-muavini-agstafada-qebul-kecirecek
Oxunma sayı: 635

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, nazir Ramin Quluzadə avqustun 23-də Tovuz şəhərində Tovuz və Qazax sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Ağstafada rayon sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, “1655” Çağrı Mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlardan Tovuz rayonunda (022) 315-35-99, Qazax rayonunda (022) 295-12-21, Ağstafa rayonunda (022) 225-29-95 nömrəli telefona zəng etmələri xahiş edilir.