Nazir turizm forumuna gedəcək

Nazir turizm forumuna gedəcək
Oxunma sayı: 309

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 16-18 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

"Qafqazinfo" xəbər verir ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, eləcə də nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi