Nazir türkiyəli səfirlə görüşdü

Nazir türkiyəli səfirlə görüşdü
Oxunma sayı: 621

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı həmçinin, bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olundu. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi