Nazir türkmən səfirlə görüşüb

nazir-turkmen-sefirle-gorusub
Oxunma sayı: 659

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə iki ölkə arasında İKT sektoru üzrə həyata keçirilən işlər, o cümlədən rabitə infrastrukturlarının mövcud vəziyyəti, qarşılıqlı əlaqələrin prioritetləri müzakirə edilib.

Səfir Azərbaycanda informasiya texnologiyalarının inkişafını yüksək qiymətləndirib və bildirib ki, bu inkişaf region ölkələri üçün nümunədir. Toylu Komekov ölkələrarası əməkdaşlığın İKT sahəsində əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaradacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra o, Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasında xüsusi qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə də Türkmənistanın ciddi maraq göstərdiyini vurğulayıb.

Eyni zamanda, səfir gələcəkdə hər iki ölkə arasında TAE (Trans-Asiya-Avropa) fiber-optik magistralının Xəzər seqmentinin reallaşması istiqamətində birgə səylərin artırılacağına əmin olduğunu xüsusi qeyd edib.

T.Komekov Aşqabadda “Türkməntel” beynəlxalq sərgi konfransında Azərbaycan Rabitə Administrasiyasının və şirkətlərin iştirak edəcəyinə dair RİTN-nin kömək göstərməsini xahiş edərək öz növbələrində ölkələrinin rabitə administrasiyasının və şirkətlərinin “Bakutel -2011” sərgisində iştirak edəcəyini bildirib.

Görüşdə həmçinin qeyd edilib ki, artıq hər iki ölkə arasında müvafiq nazirliklər səviyyəsində genişlənən münasibətlər fonunda sahə üzrə hökumətlərarası sazişin imzalanması istiqamətində işlər aparılmalıdır.

Nigar Məmmədli