Nazir UNESKO-ya düşəcək yerlərin adlarını açıqladı

Nazir UNESKO-ya düşəcək yerlərin adlarını açıqladı
Oxunma sayı: 424

"Azərbaycanın bir neçə yeni məkanının UNESKO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir qeyd edib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: "Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə yüksək olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar var. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun".

Ə.Qarayev vurğulayıb  ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: "Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi