Nazir vətəndaşları qəbul edəcək

nazir-vetendaslari-qebul-edecek
Oxunma sayı: 952

Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin sentyabr ayının 21-də saat 11ºº-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.