Nazir vətəndaşlarla görüşdü - Fotolar

nazir-vetendaslarla-gorusdu
Oxunma sayı: 652

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü aprelin 27-də Lənkəranda gerçəkləşib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə nazir Lənkəran şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. 

Sonra şəhər Mədəniyyət mərkəzində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirilib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. 

Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.