Nazir vətəndaşlarla görüşdü - Fotolar

nazir-vetendaslarla-gorusdu
Oxunma sayı: 1063

“Vətəndaşlar tərəfindən irəli sürülən təkliflər, təşəbbüslər yerlərdə mədəniyyət və turizmin daha da inkişaf etdirilməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır”.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Sabirabad rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Nazir Əbülfəs Qarayev Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.