Nazir vətəndaşlarla görüşdü - Fotolar

Nazir vətəndaşlarla görüşdü
Oxunma sayı: 750

Nazir Əbülfəs Qarayev Göyçaydakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

“Qafqazinfo” xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: 

"Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər oldu. Kitabxana sistemlərində müasir texnologiyaların tətbiqi, bu sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili və digər təkliflər səsləndirildi. Bütün müraciətlərə diqqətlə baxılacaq”. 

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi