Nazir vətəndaşlarla görüşəcək

nazir-vetendaslarla-gorusecek
Oxunma sayı: 640

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin iyun ayının 22-də saat 11ºº-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində ( Nizami Gəncəvi prospekti, 535 ) Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir.

“Qafqazinfo" xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.