Nazir vətəndaşlarla görüşəcək

nazir-vetendaslarla-gorusecek
Oxunma sayı: 646

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin iyul ayının 18-də saat 11ºº-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti, 5 ) Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.