Nazir Vyanada olub

nazir-vyanada-olub
Oxunma sayı: 643

ƏƏSMN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, UNECE-yə üzv dövlətlərdən yaşlaşma məsələlərinə məsul nazirlərin, aidiyyatı hökumətlərarası və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, bu sahə üzrə mütəxəssislərin, ümumilikdə 400 nümayəndənin iştirak etdiyi konfransda Yaşlaşma üzrə Beynəlxalq Madrid Fəaliyyət Planına və onun Regional İcra Strategiyasına yenidən baxılaraq, yaşlaşma ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub. Yüksək səviyyəli forum xarakteri daşıyan tədbirin sonunda qeyd olunan Strategiyanın icrası sahəsində üzv dövlətlərin növbəti beş il üçün öhdəliklərini nəzərdə tutan Nazirlər Bəyannaməsi qəbul olunub.

Vyanaya səfər çərçivəsində nazir Fizuli Ələkbərovla Avstriyanın Prezidenti Haynts Fişer arasında görüş olub. Qəbula və səmimi qarşılanmaya görə minnətdarlığını bildirən F. Ələkbərov ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib, Avstriya ilə əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün bütün səylərin göstərildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, onfrans çərçivəsində həmçinin ayrı-ayrı ölkələrdən olan nazirlərlə görüşlərdə əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan məsələlərlə əlaqədar fikir mübadilələri də aparılıb.