Nazir yeni rektoru kollektivə təqdim etdi

Nazir yeni rektoru kollektivə təqdim etdi
Oxunma sayı: 4819

Bakı Dövlət Universitetinə dünən rektor təyin olunmuş Elçin Babayev hazırda kollektivə təqdim olunub. 

Bu barədə “Qafqazinfo”ya məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib. O bildirib ki, hazırda Təhsil naziri Ceyhun Bayramov universitetin elmi şurasının yığıncağını keçirib. Yığıncaqda rektoru kollektivə təqdim edən nazir ona bu fəaliyyətində uğurlar arzulayıb. E. Babayev də öz növbəsində ona göstərilən bu etimada görə təşəkkür edib. 

Qeyd edək ki, E. Babayev bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

Günel Hacı
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi