Nazir kütləvi zəhərlənmənin baş verdiyi rayona gedib

nazir-kutlevi-zeherlenmenin-bas-verdiyi-rayona-gedib
Oxunma sayı: 4809

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün 50-yə yaxın pambıqçının zəhərləndiyi İmişli rayonuna gedib.

Bu barədə "Qafqazinfo"ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazir hadisə baş verən ərazidə olacaq və zəhərlənən sakinlərlə görüşəcək. 

Qeyd edək ki, pambıq sahəsində 50-dən çox fəhlənin zəhərləndiyi bildirilsə də, rəsmi rəqəmlər hələ açıqlanmayıb.