Nazirdən 6 ayın hesabatı - “Niyyətim işə gənc kadrları gətirməkdir”

nazirden-6-ayin-hesabati
Oxunma sayı: 3867

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1044 vakansiya elan olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyə qədər imtahandan keçən 300 gənc insan işə qəbul edilib: “Mənim niyyətim burada gənclərdən ibarət ciddi kadr potensialı yaratmaqdır. Sosial işdə cavanların olması vacibdir”.

S. Babayev müavin və müşavirlərindən danışıb: “Müavinlər prezident tərəfindən təyin olunur. İşdən çıxan müavinlər də öz sahəsinin peşəkarıdırlar və gələnlərin də elə olacağına əminik. Müşavirlərim var və onların təcrübəsindən ciddi şəkildə istifadə edirik. Bu, işlək və uğur verən bir sxemdir”.

Günel Hacı