Nazirdən cəza qanununa dəstək

nazirden-ceza-qanununa-destek
Oxunma sayı: 643

Nazir bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir: “Bütün dünyada informasiya təhlükəsizliyi böyük problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycanda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İnformasiya təhlükəsizliyinin elmi və texnoloji dəstəyi sahəsindəki tədbirlər də bu çərçivəyə aiddir”.

Ə.Abbasovun sözlərinə görə, internetdə insan hüquqlarının qorunması, həmçinin insanları təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir: “İnternet elə inkişaf edib ki, artıq bu sadə infrastruktur deyil, demək olar ki, ölkənin bütün iqtisadi ictimai mədəni fəaliyyətimizin virtual məkanıdır. Bu sahədə insan hüquqlarının qorunması, həmçinin insanların təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir. Son vaxtlar müxtəlif internet resurslarında insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb. Bu da insanlar arasında fəsadlara və münasibətlərin pozulmasına gətirib çıxarır”.